Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
Görəsən, kimin ağılına gələrdiki, gülüş zaman irəlilədikcə önəmli bir hadisə olacaq və həyatımızın hər dönəmindəiçdən gələn qəhqəhənin xoş səsi hıçqırıq və göz yaşlarından daha doğma görünəcək?Kafkavari həyat yaşamırıq, nə də Stenli Kubrik filmləri bizim real həyatımızdeyil, buna baxmayaraq, göz yaşını elə çox sevirik ki bəzən.
Nostalgiyaxarakterli, arabesk ruhlu Yeşilçam istehsalı türk filmlərinə çox baxdığımızdanbizim də leksikonumuza ağlamaq sözü ruhi təskinliyin sığortası kimi daxil olur.Doyunca ağlayanda guya iç açılır, nə qədər çox ağlasan, o qədər rahatlayarsaninancı və spiritual yəqinlik bizi dəli edir.
Eynilə metafizik inanclarımız dabelədir, bizim metafizik inam mənbəyimiz naturalist təbiət hadisəsi vəspirituallıq arasında ləngər vuran gəmini xatırladır. Daxili gəmilərimizinKapitan Nemoları bizim şüurdan arınmış beyin dünyamızdır, amma qarışdırmayaq,bu, heç Freydizmin qeyri-şüuri yönəlməsi də deyil. Çünki zövqlərimizlə baş verənlərarasında dərin uçurumlar mövcuddur.
Bax, ona görə, ağlamaq Sartrın ürəkbulantısı, yaxud Mopassan yalqızlığı filan deyil, ağladıqca batırıq deyirdi,Molyer. Gülmək isə bizə həyatda daha arsız olmağı öyrədir. Bilirəm, çox miskinadam təsiri bağışlayıram, məni düşündürən fikirləri yazıya tökməzdən əvvəl neçədəfə özümə “lənət” yağdırdım, ancaq siz də bilirsiz ki, gülməkdən başqa əlimizdənheç nə gəlmir.
Gülmək heç olmasa, qanı duruldur, sinir sistemi, maddələrmübadiləsini tənzimləyir və tibblə idealist fəlsəfənin tək barışdığı nöqtə dəgülməkdir.
Gülmək sonsuz qaranlıq vəd edən yeni dünya mənzərəsi ilə bədbindaxili aləmimizin çaşdırdığı təbəssümün saxtalıqdan bir az daha çox dəyərqazanma vasitəsindən başqa bir şey deyil. Fransız fəlsəfəsini oturuşmuşVoltersayağı yəqinliklərdən xilas edən, mücərrəd olanın yaradıcılığında zirvəyəqalxdığı filosof Anri Berqsonun “Gülmək” kitabı başqa aləmin üzümüzə açılanqapılarıdır. Kobeyn intihardan öncə “yalançı gülüşlərdən bezdim” deyirdi,haqqlı idi, saxta göz yaşları saxta gülücük zərrələri qədər üfunətli deyil.Amma gördüklərimiz, susduqlarımız və itirdiyimiz yer kürəsi timsalında gülmək ənyaxşı vasitədir və icazə verin, insanlar bir az sosial şəbəkədə gülsün.
Fərdinməsuliyyəti hermenevtika ilə intibaha qalxdı, heç biriniz də Herder deyilsiz,ona görə, adamların məsxərələrinə, lağlağılarına və acı hadisələrə verdiyiironik reaksiyalara qətiyyən sərt münasibət göstərməyin.
Berqson gülməyi düzəltməhesab edirdi. 19-cu əsr Qərb teatrını və bütün estetikliyini formalaşdırangülüşə baxış meyarlarının dəyişməsi idi. Doğrusu, Rotterdamlı Erazm mənəviböhranın hakim olduğu orta çağ qaranlığında belə gülməyin labüdlüyünü dəfələrləyazırdı.
Selincer kimi ağır qəmginlik elementləri ilə bol olan yaradıcılığamalik yazar da, hətta dərvişanə şərq meyilinin yeni filosof kimi sırıdığı Oşoda, populyar incəsənətin qatdan məhrum etdiyi yüngül detetktiv əsərlər də gülməküzərinə fokuslanan bütün hissələri əsərlərinin və yaratdıqları şeylərinkuliminasiya nöqtəsinə çıxardır.
Berqson Dekartın düşüncə ilə bağlı hər dövrüçün önəmli olan o məlum fikirlərini inkar edərək, insanı heyvandan ayıranşeyin düşünmək yox, gülmək olduğunu söyləyərək təbəssümün dəyərini şaxələndirdi.Yaşayan eknsiklopediyalardan olan Umberto Eko gülmək hadisəsini empirikbilginin izahından çıxardı və təbəssüm qədər fiziki sabitlik yaradan ikinci birşeyin olmadığını vurğuladı.
Dursuq yerə “Qızılgülün adı” romanına Aristoteli vəonun “Poetika”sını salmadı. Aristotelin “Poetika” əsərini şairlər də,filosoflar da, təcrübi elmlə məşğul olan alimlər də, estet və sənətşünaslar daillər boyu oxuyur və tərcümələri sayısız- hesabsızdır. Hər şey bir qırağa,Aristotelin eramızdan öncə yaratdığı bütün bu üst səviyyəli yaradıcılıq aktlarıinsanın gücünü göstərir, hürufilər Şərqdə, dualistlər isə Qərbdə Aristotel zəkasınıaxtarırdı, insanı ilahiləşdirəndə. Aristotelə görə həyat sadəcə tragediyadeyil, qəzəb və mehribanlıq, sevgi və nifrət xeyir və şər, işıq və qaranlıqkimi vəhdətdədir. Buna görə, tragikomediyadan ibarət olan yaşamımızda bizə təskinlikverəcək şey maddi yüksəliş və dolu rifah səviyyəsi deyil, ancaq gülmək anıdır.
İnsan güləndə skeptikaya, skeptisizm şübhəyə, şübhə isə yeni nəticələrə səbəbolur. Aristotelin bütün kitabları “Poetika” qədər basqıya məruz qalmadı. Təbiiki, kitabın həm teatr xadimləri, həm də ədəbiyyatçılar üçün önəmi kilsəninmarağında deyil, onu maraqlandıran gülməklə bağlı Aristotel məntiqinin izahlarıidi. Gülmək insanı kilsənin qurtuluş yolu olma inancından uzaqlaşdıracaqdı,gülmək prosesini şeytani akt hesab edən bütün rahiblərin hegemonluğu da beləcəaşağı düşərdi. Ona görə kitab əsrlərlə qadağan olundu. Burdakı ən gülməli məqamantik Qərb insanının beyin məhsulunun orta əsr insanı tərəfinən qadağan elanolunmağında idi. Sonralar Ziqmund Freyd Aristotelin gülməklə bağlı tezislərinifəlsəfi bilgi və elmin harmoniyası ilə zənginləşddirdi.
Freydə görə gülməkinsanı rahatladan mayelər ifraz edir və qan təzyiqini aşağı salır.Neyrofizioloji laboratoriyaların gəldiyi nəticə də freydizmi məntiqi yekunaqovuşdurur. Beyinin ventromedial bölgəsinin endorfin ifrazı birbaşa gülməklə əlaqəlidir.Gülmək həmçinin bağırsaqlardakı sinir hüceyrələrini də möhkəmlədir və həzmsistemini yaxşılaşdırır. Şərq mütəfəkkiri İbn Sina insanın gülmək ehtiyacınıqaralayan cahil qurumlara qarşı ciddi etiraz edənlərin ilk sırasında dayanır. Fərabininaforizmlərində təbəssüm insan mənəviyyatının ayrılmaz hissəsi hesab olunurdu,idrak halıyla bağlı bütün təlimlərdə gülmək önəmli bir yerə sahib idi. Bizimgülmək ehtiyacımız həmişə var. Onsuz da kədərli görünmək sadəcə artıqyoruculuqdan başqa bir şey deyil.
Əgər hər ikisi də heç nə etmirsə, dahaxeyirlisini etməklə nə itirərik ki?. Medianı da cənginə götürən qəmgin şeirlərvə yazılardan daha ümid verici mesajlarla insanlara yardım etmiş olarıq.“İnsanın gülməyi möhtəşəm bir şeydir” deyən Berqsonla nöqtəni qoyaq.