Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
- Salam, necəsən? (10:20)
- ... (gördü)
- Ayə, görürsən, niyə cavab vermirsən? (10:21)
- ... (gördü)
- Busan da, yazmaram daha, suyum, çörəyim səndənkeçmir ki... (10:22)
Virtualünsiyyət ayrılıqlara səbəb olur
Elə insanlar var ki, onlarla ancaq real həyatda dostolmaq sərf edir.
Virtual dostluqda olan anlaşılmazlıq üzündən ən yaxın dostların, hətta bir-birini sevən iki insanın birdəfəlikayrılıqları baş verir.
Halbuki, onlar bir yerdə olsalar, yüz ayrılıqdan ikisibaş tutmayacaq.
Virtualünsiyyət yenidir
Bu ünsiyyətin formalaşması üçün zaman keçməlidir. İnsanlar virtual danışıq mədəniyyətinə yiyələnməlidir.
"Üz üzdən utanar" deyiblər. Virtual ünsiyyət zamanı qarşıdakı adamınüzünü görmədiyin üçün onu incidə bilməkehtimalın da daha yüksəkdir.
Virtualünsiyyət zamanı səbirli olmaq lazımdır.
Ən çox incikliklər gec cavab vermək, və ya heç cavab verməmək səbəbindən olur.Yuxarıda çəkdiyim misalda olduğuki, yazışma zamanı qarşıdakı adamın gördüyünü bilirsən, amma cavab vermir (facebook sağ olsun). O dəqiqə ittihamlar başlanır. Adama vəfasızlıqla sinonimolan bütün sözlər ən sərt şəkildə deyilir. Amma düşünmək lazımdır ki, qarşıdakı insanıncavab verə bilməmək üçün yüzlərlə səbəbi ola bilər. Ruh halı uyğun olmaz və ya texniki nasazlıq ucbatından yaza bilməz və s.
Əsəbi olanda status yazmayın
Bəzi insanlar dostlardan, yaxın qohumlardan, hətta sevdiyi qadından ayrılanda, o saat sosial şəbəkədə qəmli, dalayıcı,bəzən də təhqiredici statuslar yazır. Bir müddət sonra o statusların silindiyini görürsən. Adam yazdığınapeşman olur və silir. Amma bir həqiqətvar ki, sınan ürəkləri bərpa etmək çox çətinməsələdir və statusun ünvanlandığı adam eyhamın ona vurulduğunu çox rahatlıqla anlayır... Ona görə də, əsəbi olanda statusyazmamaq daha yaxşı olar.
Ən əsası - insanları"yükləməyin"
Onsuz da, (zatən) biz millət olaraq yardım etməyisevirik. Virtual ünsiyyət zamanı bəzən hansısa bir işdə kömək istəyən adam,bunu sadəcə qısa olaraq bildirməlidir. İsrar etmək və tələsdirmək yaxşı effekt vermir. İnsanlar o zaman sənədaha çox kömək etməyə çalışırlar ki, sən onları yükləmirsən. Onun sənə kömək etmək kimi bir məsuliyyətininolduğunu ona bildirmirsən. Bu, əks təsir yaradır, o insan sənə yüz kömək edəcəkdisə, 10 kömək belə etmir...