![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
“Biz elə bir model tapmalıyıq ki, mənəvi dəyərlərin qorunub saxlanılmasını, dini radikalizm və ekstremizm ideyalarından cəmiyyətin müdafiəsini təmin etsin".
Mis.az xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” adlı beynəlxalq simpoziumun açılış mərasimində səsləndirib.
"İctimai münasibətlər sisteminin çox vacib elementlərindən biri kimi çıxış edən dövlət-din münasibətləri fonunda dini təhsilin institusional əsaslarının qurulması ənənəvi dini biliklərin tədrisində rəqəmsal texnologiyalar, süni intellekt, innovativ təhsil metodları kimi vacib alətləri tətbiq etmək məcburiyyəti doğurur. Çünki din təhsili dini biliklərin və təsəvvürlərin zənginləşdirilməsinə xidmət etməklə yanaşı, cəmiyyət daxilində sabitlik və harmoniya yaradan, qarşılıqlı etimadı gücləndirən, mədəni və tarixi kimliyi qoruyan mühüm bir alətdir", - deyə sədr əlavə edib.
Sevinc İbrahimzadə / Mis.az