![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
"Barselona"nın futbolçusu Lamin Yamal UEFA Çempionlar Liqasında 25 oyuna çıxan ən gənc oyunçu ünvanını əldə edib.
Mis.az xəbər verir ki, bu, Yamalın "Barselona" - "Olimpiakos" oyununa start heyətdə çıxması ilə mümkün olub. İspan futbolçu bu nailiyyətə 18 yaş və 100 günündə imza atıb.
Qeyd edilir ki, Yamal PSJ-nin yarımmüdafiəçisi Zair-Emrinin (19 yaş və 32 gün) rekordunu təzələyib.