![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
“Fənərbaxça”nın braziliyalı futbolçusu Anderson Taliska haqqında yayılan ayrılıq iddialarına cavab verib.
Mis.az xəbər verir ki, ulduz futbolçu şəxsi X hesabında etdiyi paylaşımda “saxta xəbərlər başladı” ifadəsini işlədərək Braziliyaya qayıtmaq istədiyi barədə yayılan məlumatları təkzib edib.
Xatırladaq ki, ESPN-in xəbərində Taliskanın Türkiyədə xoşbəxt olmadığı, buna görə Braziliyaya dönmək istədiyi qeyd olunmuşdu. Həmçinin baş məşqçi Joze Mourinyonun gedişindən narazı qaldığı da bildirilirdi.