![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
"Ramiz Mehdiyevin heç bir elmi nəticəsi yoxdur. Onu bunu vəzifəyə qoymaqla, deputat seçdirməklə (məşğul olub -red.). Çoxları üzünə durdu ki, mən yazmışam. Kitabların, məqalələrin hamısını başqa adam yazıb".
Mis.az-ın məlumatına görə, bu sözləri AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, keçmiş təhsil naziri Misir Mərdanov "Bakupost"a videomüsahibəsində deyib.
O qeyd edib ki, Ramiz Mehdiyev Azərbaycan əlifbasını oxuya bilmir:
"Vəzifəli adam dedi ki, o Azərbaycanın indiki əlifbasını oxuya bilmir heç. Köhnə rus əlifbası ilə oxuyur. Ona görə hansı elmdən söhbət gedə bilər?".
Zaur Əliyev / Mis.az