![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
NASA və beynəlxalq astronomiya ictimaiyyəti 2025 PN7 adlı kiçik göy cisminin Ay kimi Yerlə birlikdə Günəş ətrafında fırlandığını təsdiqləyib.
Mis.az xəbər verir ki, bu yeni "yarı-peykin" 2083-cü ilə qədər Yerlə birgə orbitdə qalacağı irəli sürülüb. Məlumata görə, 2025 PN7 diametri təxminən 18-36 metr, yaxud 6-12 mərtəbəli binanın hündürlüyündə olan kiçik asteroiddir. Asteroid ilk dəfə Havaydakı “Haleakala” rəsədxanasında Pan-STARRS teleskopu tərəfindən müşahidə edilib.
Alimlər hesab edirlər ki, bu obyekt 1960-cı illərdən bəri Yer ətrafında dövr edir. NASA 2025 PN7-nin Yer üçün heç bir təhlükə yaratmadığını və orbitinin sabit olduğunu açıqlayıb.