![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
“Liverpul”un keçmiş məşqçisi Yurgen Klopp karyerasını bərpa edə biləcəyini açıqlayıb.
Mis.az xəbər verir ki, hazırda “Red Bull”da Qlobal Futbol rəhbəri işləyən Yurgen Klopp hələlik belə planının olmadığı ifadə edib. Bununla belə, o, yenidən məşqçi işləyə biləcəyini ifadə edib. O, “Bir daha heç vaxt məşqçi işləməyəcəyimi deyə bilməyəcəm, amma qayıdacağımı da dəqiq deyə bilmərəm. Əgər o qığılcım nə vaxtsa içimdə yenidən alovlansa, o zaman hamı başa düşəcək”, - deyə bildirib.
Qeyd edək ki, Yurgen Klopp “Liverpul”da iki Premyer Liqa və bir Çempionlar Liqası çempionu titulunu əldə edib.