Mis.Az - Son Xeberler
“Real Madrid” Meksikanın “Tijuana” klubunun gənc futbolçusu Gilberto Moranı transfer etmək istəyir.
Mis.az xəbər verir ki, futbolçu özü də “Real”da oynamaq istəyir. “Diario AS”da dərc edilən xəbər görə, “Real” yarımmüdafiə mövqeyində oynayan futbolçunu gələn mövsüm heyətinə cəlb edə bilər. Klub onun 2026-cı il dünya çempionatındakı çıxışına əsasən transfer barədə hərəkətə keçmək istəyir. Mora, ötən ilki U20 Dünya Çempionatında göstərdiyi performansla diqqət çəkib. Futbolçunun transfer dəyərinin 17 milyon olduğu irəli sürülüb.
Xəbərdə deyilir ki, oyun tərzi baxımından Arda Güleri xatırladan istedadlı futbolçu, Rodriqonun gedişindən sonra “Real”da transfer edilə bilər.
Ana Sehife