![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ-nin dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
Mis.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən açıqlama verilib. Məlumata görə, tərəflər telefon danışığında Rusiya Prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Tramp arasında danışıqlar zamanı əldə olunan razılaşmaların həyata keçirilməsi istiqamətində addımları müzakirə ediblər.
ABŞ Dövlət Departamentinin məlumatına görə, telefon danışığı zamanı Rubio Ukraynada davamlı sülhə nail olmaq üçün ABŞ-Rusiya əməkdaşlığının vacibliyini vurğulayıb.