![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Misir İsrail və HƏMAS-ı Qəzzada atəşkəs razılaşmasına əməl etməyə çağırıb.
Mis.az xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyindən açıqlama verilib. Açıqlamaya görə, xarici işlər naziri Bədr Abdulati fransız həmkarı Jan-Noel Barrot və danimarkalı həmkarı Lars Lokke Rasmussen ilə telefonla danışıb. Abdulati Misirdə imzalanan Qəzzada atəşkəs razılaşmasına tərəflərin əməl etməsinin vacib olduğunu bildirib. O, razılaşmaya əməl olunmasının hücumlara birdəfəlik son qoyulması istiqamətində fundamental addım olduğunu bildirib və Qəzza zolağına humanitar yardımın tam çatdırılmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, məlumata görə, atəşkəsə baxmayaraq, İsrail əsgərlərinin Qəzzanın şərqində və şimalında həyata keçirdiyi hücumda daha iki fələstinli həlak olub.