![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
"Qalatasaray" Hakan Çalhanoğlunu transfer etmək üçün fəaliyyətini davam etdirir.
Mis.az xəbər verir ki, klub növbəti transfer pəncərəsində futbolçunu transfer etmək üçün hərəkətə keçib. Məlumata görə, məşqçi Okan Buruk, Hakanın hazırkı heyətdə mühüm rola sahib olacağını hesab edir və Hakan, Torreira və İlkaydan ibarət yarımmüdafiə üçlüyü ilə oynamaq istəyir. Bildirilir ki, bundan əvvəl “İnter”in 30 milyon tələb etməsi ilə transferi təxirə salan "Qalatasaray” futbolçu üçün 15 milyon avro büdcə xərcləmək istəyir. Futbolçunun “Qalatasaray"da oynamaqda maraqlı olduğu irəli sürülür.
Qeyd edək ki, Hakan Çalhanoğlunun “İnter”lə müqaviləsi 2027-ci ildə yekunlaşır.