![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
“WhatsApp” mesajlarla bağlı yeni funksiya üzərində işləyir.
Mis.az xəbər verir ki, yeni funksiya istifadəçilərin naməlum nömrələrdən mesaj almasını məhdudlaşdıracaq. Bildirilir ki, istifadəçilər əlaqə siyahısında olmayan istifadəçilərdən məhdud sayda mesaj alacaqlar. Məlumata görə, yeni funksiya istifadəçilərin naməlum nömrələr vasitəsilə narahat edilməsinin qarşısını alacaq.
Yeni funksiyaya əsasən istifadəçi cavab almadığı başqa istifadəçiyə müəyyən sayda mesaj göndərə bilər. Cavab alınmasa nömrə müəyyən vaxt ərzində bloklanacaq. Cavab alınarsa, məhdudiyyət aradan qaldırılacaq.