![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) xətti ilə dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar 110,2 milyon manat təşkil edib.
Mis.az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 % çoxdur.
Hesabat dövründə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 38 hərrac (1 il əvvələ nisbətən 9,5 % az) keçirilib. Hərraclarda 7 səhmdar cəmiyyətinin (40 %çox) səhm paketi, 2 kiçik dövlət müəssisəsi (3 dəfə az), 792 nəqliyyat vasitəsi (50,9 % çox) satılıb.