![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın çay ixracı 546.73 ton təşkil edib və bunun dəyəri 4 milyon 997.25 min dollar olub.
Mis.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu göstəricilərə əsasən, ixrac həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5.5 ton çox olub, yəni təxminən 1.02 faiz artıb. Dəyər baxımından isə ixrac gəliri 159.36 min dollar artaraq 3.29 faiz yüksəlib.
2024-cü ilin eyni dövründə - ilk 9 ayında çay ixracı 541.23 ton, dəyəri isə 4 milyon 837.89 min dollar təşkil edib.