![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Misli Premyer Liqasında VIII turun daha iki oyunu keçirilib.
Mis.az xəbər verir ki, "Neftçi" evdə "Araz-Naxçıvan"la məhsuldar heç-heçəyə razılaşıb - 2:2. Bu nəticədən sonra Naxçıvan təmsilçisi 15 xalla 2-ci, Bakı klubu isə 9 xalla 7-ci sırada yer alıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Turan Tovuz"a 2:1, "Kəpəz" "Şamaxı"ya, "Sumqayıt" "Karvan-Yevlax"a 4:1 hesabı ilə qalib gəlib, "İmişli" - "Qəbələ" matçında isə bərabərlik qeydə alınıb - 2:2.