![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərinə Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman liderlik edir.
Mis.az xəbər verir ki, bu barədə məlumat ölkənin Ali Seçki Şurasının açıqladığı rəqəmlərdə öz əksini tapıb.
Belə ki, mövcud 777 seçki qutusundan 735-i açılıb. Məlumata görə, T.Erhürman səslərin 62,80 faizini, müstəqil namizəd və hazırkı prezident Ersin Tatar isə 35,77 faizini toplayıb.
Tufan Erhürman mərkəz-sol yönümlü, sosial-demokrat siyasi xəttin təmsilçisidir və Şimali Kipr siyasətində ən çox islahatçı və demokratik dəyərləri müdafiə edən fiqurlardan biri kimi tanınır. Kipr məsələsinə yanaşmasında o, federal əsasda birləşmiş Kipr modelini müdafiə edir — yəni yunan və türk icmalarının bərabər hüquqlu tərəflər kimi federativ sistemdə bir araya gəlməsini. Onun fikrincə, bu model həm bölgədə sabitliyi, həm də beynəlxalq səviyyədə Kiprin qəbul edilməsini təmin edə bilər.
20:21
Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.
Mis.az xəbər verir ki, səslərin 48,19 faizi hesablanıb.
Bertan Özerdağ bildirib ki, rəsmi olmayan məlumata görə, ən çox səsi Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman yığıb.
T.Erhüman səslərin 63,38 faizini toplayıb.
Hazırkı Prezident Ersin Tatar isə 35,27 faiz səs yığıb.