![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Rusiya Federasiyasının uzaq şərqində yerləşən Kamçatka yarımadasında zəlzələ qeydə alınıb.
Mis.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki,yeraltı təkanların maqnitudası 4,8 bal təşkil edib.
Zəlzələ yerli vaxtla saat 16:18-də (Moskva vaxtı ilə 07:18) baş verib. Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatski şəhərindən 201 kilometr şimal-şərqdə, təxminən 25 kilometr dərinlikdə yerləşib.
Hazırda dağıntılar və ya xəsarət alanlar barədə məlumat verilməyib.