![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Azad olunan ərazilərdə oktyabrın 13-dən 19-na qədər 69 tank əleyhinə mina, 61 piyada əleyhinə mina, 2 min partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Mis.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.
Qeyd olunub ki, 1587.8 hektar ərazi minalardan təmizlənib.
Minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.