![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
2025-ci ilin ən yüksək gəlir əldə edən futbolçuların siyahısı açıqlanıb.
Mis.az xəbər verir ki, “Forbes” jurnalında dərc edilən hesabata görə, “Əl-Nəsr” klubunun və Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo siyahıda birinci sırada qərarlaşıb. Onun illik gəliri 280 milyon dollar təşkil edir. “İnter Mayami”nin və Argentina millisinin kapitanı Lionel Messi illik 130 milyon dollar gəlirlə ikinci sırada qərarlaşıb. Üçüncü sırada olan "Əl-İttihad” klubunun fransalı hücumçusu Kərim Benzemanın illik gəliri 104 milyon dollar təşkil edir.