![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Əfqanıstan və Pakistan nümayəndələri oktyabrın 18-də Dohada Qətər və Türkiyənin vasitəçiliyi ilə keçirilən danışıqlarda sərhəddə dərhal atəşkəs barədə razılığa gəliblər.
Mis.az xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkəsində məlumat yayıb.
"Danışıqlar raundu zamanı tərəflər dərhal atəşkəs və iki ölkə arasında sülhün bərqərar olması, sabitliyin möhkəmləndirilməsi üçün mexanizmlərin yaradılması barədə razılığa gəliblər", - paylaşımda qeyd edilir.