![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 48 milyon 473.67 min ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edib.
Mis.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, ixrac dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 36,3 % artıb.
Hesabat dövründə Azərbaycana 204 milyon 275.44 min ABŞ dollar dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edilib ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətdə 3,12 % artım deməkdir.
Cari ilin yanvar-sentyabr aylarında şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlarının ixracı ümumi ixracın 0,26%-ni, idxalı isə ümumi idxalın 1,22%-ni təşkil edib.