![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
"Real Madrid"in futbolçusu Arda Güler komanda yoldaşı Kilian Mbappe ilə bağlı etiraflar edib.
Mis.az xəbər verir ki, Arda “L’Equipe” jurnalına müsahibəsində “Kriştiano Ronaldo-Özil və Mbappe-Arda” müqayisələrindən danışıb. Ronaldo-Özil cütlüyünün böyük uğurlar əldə etdiyini ifadə edən Arda Mbappe ilə yaxşı anlaşdığını ifadə edib. O Mbape ilə meydanda bir-birilərini tamamladığını qeyd edib. “Real” transferindən danışan Arda kluba uyğunlaşmağın vaxt aldığını ifadə edib. Ardanın sözlərinə görə, o istedadına güvəndiyi üçün “Real”da oynaya biləcəyini güman edib.
Arda “Real”a Luka Modric və Toni Kroos kimi futbolçuları əvəzləmək üçün transfer olduğunu bildirib.