![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
NATO-nun baş katibi Mark Rutte NATO-nun mənzil-qərargahında keçirilən müdafiə nazirlərinin toplantısından sonra mətbuata açıqlama verib.
Mis.az xəbər verir ki, o, NATO-nun müdafiə ittifaqı olduğunu və ərazisinin təhlükəsizliyini qorumaq üçün lazım olan addımları atacağını ifadə edib. Rutte NATO müttəfiqlərinin hava məkanının pozulması ilə bağlı insidentlərə, "Sözügedən pozuntular təhlükə yaratmadığı müddətcə, məsələn, bir təyyarəni vurmayacağıq. Eyni zamanda, komandalarımızın belə bir təyyarənin təhlükəyə çevrilməsinin qarşısını çox tez almaq imkanı var”, - deyə bildirib.
Ruttenin sözlərinə görə, alyansın hərbi gücünə hamı güvənməlidir. NATO-nun ən yaxşı texnikaya sahib olduğunu deyən Rutte bilidirib ki, rusları çox ciddi qəbul etmək lazım deyil.