![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
“Tbilisi prospekti" orta təzyiqli qaz xətti üzərinə tənzimləyici qurğunun və filtrin quraşdırılması ilə əlaqədar 16 oktyabr saat 09:30-dan bu kəmərdə qaz təchizatı dayandırılacaq.
Mis.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri görülən müddətdə Binəqədi rayonunun 6, 7, 8 və 9-cu mikrorayonlarında, M.Ə.Rəsulzadə, "Xutor" və Biləcəri qəsəbələrinin bir hissəsində istehlakçıların qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq.