![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 932,3 milyon manat gəlir əldə edilib.
Mis.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur.
Təkcə sentyabrda isə adıçəkilən xidmətlərdən 106,4 milyon manat gəlir əldə olunub ki, bu da 1 il əvvələ nisbətən 1,5 % azdır.
2024-cü ildə Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 1 milyard 235 milyon manat gəlir əldə edilib. Bu, 2023-cü illə müqayisədə 6,7 % çoxdur.