![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Braziliyanın “Santos” klubunun futbolçusu Neymar karyerasını Avropada davam etdirə bilər.
Mis.az xəbər verir ki, İtaliyanın “İnter” və “Napoli” klubları futbolçunun xidmətində maraqlıdır. ESPN nəşrində dərc edilən xəbərə görə, futbolçu özü də Avropaya qayıtmaq imkanını nəzərdən keçirir. Bildirilir ki, Neymar millidə yerini təmin etmək üçün daha güclü rəqabət olan Avropada futbol oynamaqda maraqlıdır. İddialara görə, Neymar 2026-cı il futbol üzrə dünya çempionatında iştirak etmək istəyir.
Qeyd edək ki, Neymarın “Santos”la müqaviləsi yekunlaşmaq üzrədir.