![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
ABŞ-nin müdafiə naziri Pit Heqseti daşıyan təyyarə Böyük Britaniyada məcburi eniş edib.
Mis.az xəbər verir ki bu barədə Pentaqonun sözçüsü Sean Parnell açıqlama verib. O bildirib ki, Heqset NATO toplantısından qayıdarkən onun təyyarəsinin ön şüşəsində çat müşahidə edilib. Təyyarə Britaniyada hava limanına təcili eniş edib. Parnell, təyyarənin standart prosedurlara uyğun olaraq eniş etdiyini vurğulayıb. Heqset də daxil olmaqla, təyyarədəki nümayəndələr üçün təhlükə qeydə alınmayıb.
Qeyd edək ki, Pit Heqset NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirilən Ukrayna Müdafiə Əlaqələri Qrupu Toplantısına qatılıb və Rusiya-Ukrayna müharibəsi barədə müzakirələr həyata keçirib.