![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
"Real Madrid" futbolçuları Arda Gülerin əsas heyətdə oynamasından məmnundur.
Mis.az xəbər verir ki, Aurelien Tşouameni maraqlı açıqlamalar verib. İddialara görə, Tşouameni “Real”ın yarımmüdafiəsinin əsas oyunçusu olan Bellinqhemin uğurlu oyun nümayiş etdirmədiyini irəli sürüb. Yaradıcı oyunçu olduğu üçün Arda Gülerin yanında olmaqdan həzz aldığını bildirən fransız ulduz, Alonsonun rəhbərliyi ilə öz oyun bacarıqlarını artırmaq istəməsindən danışıb.
Qeyd edək ki, Cude Bellinqhem zədəsini sağaltdıqdan sonra əsas heyətdə oynamağa başlayıb. Arda və Bellinqhemin eyni anda oynayıb-oynamayacağı marağa səbəb olmuşdu. Alonso Bellinqhem və Ardanı eyni anda oynada biləcəyini açıqlamışdı.