![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Tanınmış pedoqoq, Əməkdar müəllim Vahid Rzayev vəfat edib.
Mis.az-ın məlumatına görə, Vahid Rzayev uzun sürən xəstəlikdən sonra bu gün 73 yaşında vəfat edib.
Qeyd edək ki, Vahid Məmməd oğlu Rzayev 1952-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayon Şərur qəsəbəsində anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat ixtisasını bitirib. 1979 – cu ildən müsabiqə yolu ilə Naxçıvan Dövlət Universitetinin «Pedaqogika və psixologiya» kafedrasına müəllim təyin edilib. 1989- cu ildə “Zaqafqaziya xalqlarının pedaqoji əlaqələri (XIX əsr və XX əsrin əvvəlləri)” mövzusunda dissertasiya müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. 2000-ci ildən Naxçıvan Müəllimlər İnstitutunun pedaqogika və psixologiya kafedrasında dosent vəzifəsində işləyir. 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllim”dir. 7 kitabın, 3 metodik vəsaitin və 100 – dən artıq elmi məqalənin müəllifidir. “Murad Tutayuk”, Güney Qafqaz xalqlarının pedaqoji əlaqələri”, “Naxçıvanda qızların təhsili tarixindən”, “XIX əsr və XX əsrin əvvəllərində Naxçıvanda və İrəvanda məktəb və mədrəsələr”, “Naxçıvanda məktəb və pedaqoji fikir” elmi-pedaqoji mühitdə böyük marağa səbəb olub.
Vahid Rzayevin vəfatı təhsil camiəsində dərin hüznlə qarşılanıb. Onun xatirəsi hər zaman onu tanıyanların qəlbində yaşayacaq. Allah rəhmət eləsin.