![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
“Fənərbaxça” transfer fəaliyyətini davam etdirir.
Mis.az xəbər verir ki, klub yeni prezident Sadettin Saranın rəhbərliyi ilə heyətini gücləndirmək üçün heyətə yeni futbolçular cəlb etmək istəyir. “Fanatik” qəzetinin məlumatına görə, “Fənərbaxça” Merih Demiral, Dieqo Leite və Kim Min-jaeni transfer etmək istəyir. Bildirilir ki, Kim Min-jae “Bavariya”da zədə səbəbilə uğurlu oyun nümayiş etdirə bilməyib. Məlumata görə, “Bavariya” müdafiə mövqeyinə yeni transfer həyata keçirəcəyi təqdirdə, Kim Min-jaenin klubdan getməsinə razılıq verəcək.
Qeyd edək ki, Kim Min-jae “Fənərbaxça”dan “Napoli”yə oradan isə Bavariya”ya transfer olub.