![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
"Qalatasaray" PSJ-nin müdafiəçisi Lukas Beraldonu transfer etmək istəyir.
Mis.az xəbər verir ki, "Qalatasaray" futbolçunun transferi üçün danışıqlara başlayıb. Türkiyənin "Sabah" qəzetinin məlumatına görə, mərkəz müdafiəçisi rotasiyasını gücləndirmək istəyən "Qalatasaray"ın məşqçisi Okan Buruk əlavə müdafiəçinin transferi barədə təlimat verib. Bildirilir ki, Lukas Beraldonun PSJ ilə müqaviləsi 2028-ci ildə yekunlaşır. "Qalatasaray" futbolçunu birdəfəlik transfer etmək hüququ ilə icarə əsasında heyətə cəlb etmək istəyir.
Qeyd edək ki, bu mövsüm PSJ-də 5 liqa oyununda iştirak edən Lukas Beraldonun daha çox oynaya biləcəyi komandaya transfer olmaq istədiyi bildirilir. Ötən ildən PSJ formasını geyinən Lukas Beraldo klubla Çempionlar Liqasını, UEFA Super Kubokunu, iki Liqa 1 çempionluğunu, iki Fransa Kubokunu və iki Fransa Super Kubokunu qazanıb.