![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
"Fənərbaxça" iki futbolçunu heyətdən kənarlaşdırıb.
Mis.az xəbər verir ki, bu barədə klubdan açıqlama verilib. Açıqlamada deyilir ki, İrfan Can Kahveci və Cenk Tosun bir müddət heyətdə yer almayacaq. Açıqlamada, “Qəbul edilən qərara əsasən, əsas komandamızın oyunçuları İrfan Can Kahveci və Cenk Tosun heyətdən kənarlaşdırılıb”, - deyə bildirilib. Klub futbolçuların heyətdən uzaqlaşdırılmasının səbəbi barədə açıqlama verməyib.
Qeyd edək ki, Türkiyə millisində çıxış edən İrfan Can Kahveci Bolqarıstanla oyunda aldığı zədə səbəbindən çıxışını davam etdirə bilməyib. Bu zədədən sonra futbolçu millidən uzaqlaşdırılıb.