![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Ölkənin bir sıra bölgələrində iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyi yayılıb. Bu səbəbdən məhsuldarlıq azalıb.
Liberal İqtisadçılar Mərkəzinin sədri, kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli Mis.az-a açıqlamasında bildirib ki, yoluxucu heyvan xəstəliklərinin yayılması birbaşa və dolayısı ilə ətin qiymətinə təsir edə bilər:
"Xəstəlik nəticəsində bəzi heyvanlar tələf olur, digərləri kəsimə yararsız vəziyyətə düşür, təsərrüfatlar xəstəliyin yayılmaması üçün satışları dayandırır. Bu, bazarda ət təklifinin azalmasına səbəb olur. Təklif azalanda isə qiymətlər yüksəlir. Həmçimin xəstə heyvanlar az yem yeyir, süd və ət istehsalı kəskin azalır. Bu da istehsal xərclərini artırır, nəticədə ət bahalaşır".
Ekspert əlavə edib ki, bu cür xəstəliklər yayılanda dövlət qurumları da karantin tədbirləri görür, heyvan daşınmasını və satışını məhdudlaşdırır:
"Bu isə bazar dövriyyəsini azaldır, bəzi bölgələrdə ət qıtlığı yaradır və qiymət fərqləri artır. Yəni qısa müddətdə qiymətlər yüksələ bilər. Ancaq vəziyyət nəzarət altına alınarsa, qiymətlər yenidən sabitləşəcək".
Sevinc İbrahimzadə / Mis.az