![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Vinisius Junior “Real Madrid”i tərk edə bilər.
Mis.az xəbər verir ki, yeni müqavilə imzalamadığı təqdirdə “Real” mövsümün sonunda onu klubdan göndərəcək. İddialara görə, bu barədə futbolçuya xəbərdarlıq edilib. Bildirilir ki, tərəflər məvacib məsələsi ilə bağlı razılığa gələ bilməyib. Məlumata görə, braziliyalı ulduz "Real Madrid"in ən çox qazanan futbolçusu Kilian Mbappe ilə bərabər maaş tələb edir. Mbappenin illik qazancı 20 milyon avro civarındadır və onun müqaviləsində bonuslar da yer alıb. Həmçinin, Vinisiusun Mbappenin qazandığı bonusla müqayisə oluna biləcək imza bonusu tələb etdiyi bildirilir.
İspaniya nəhəngi Vinisiusla razılığa gələ bilməsə, onun yerinə "Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haalandı transfer etmək istəyir.