![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Transfer dönəmində adı "Qalatasaray" və "Fənərbaxça" ilə hallanan Hakan Çalhanoğlu açıqlama verib.
Mis.az xəbər verir ki, o, “İnter”də futbol oynamaqdan məmnun olduğunu ifadə edib. Hakan Çalhanoğlu, “Mən həmişə "İnter"in oyunçusu olmuşam. Davam etməkdən xoşbəxtəm, çünki təkrar edirəm, mən "İnter"in oyunçusuyam. Deməli, mənim üçün heç nə dəyişməyib. Ona görə də həmişə olduğu kimi, əlimdən gələni edəcəyəm” - deyə bildirib.
Qeyd edək ki, “İnter”in 30 milyon avro tələb etdiyi üçün "Qalatasaray"ın transferdən imtina etdiyi barədə xəbərlər dərc edilmişdi.