![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
9 oktyabr saat 23:20 radələrində Tovuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (kişi) Tovuz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Mis.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilıib ki, onların bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.