![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Azərbaycan vətəndaşı olan 40 nəfər oktyabrın 9-da Almaniyadan geri qəbul edilib.
Mis.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.
Bildirilib ki, proses "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində baş tutub.