![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Binəqədi və Qaradağ rayonlarında ümumi dəyəri 700 manat olan iki ədəd velosiped oğurlanıb.
Mis.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, paytaxt sakinlərinin ərazi polis orqanlarına etdikləri müraciət əsasında keçirilən tədbirlərlə oğurluqlarda şübhəli bilinən 48 yaşlı Ü.Qəhrəmanov və əvvəllər məhkum olunmuş 36 yaşlı F.Zeynalov müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırmalar aparılır.