![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxacaq.
Mis.az xəbər verir ki, 9-cu qrupda yer alan yığma Fransanın Sen-Pol-le-Daks şəhərində İsrailin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
““Park de Sport” stadionunda keçiriləcək qarşılaşma 11 oktyabrda Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Oyunu Norveç və Fransadan olan hakimlər briqadası idarə edəcək.
Hakimlər briqadası:Baş hakim – Marius Hansen Qrotta (Norveç)Köməkçilər – Henrik Pettersen Sunde (Norveç), Nikolya Durand (Fransa)Dördüncü hakim – Gillaume Paradis (Fransa)