![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Rusiya Prezidenti Vladimir Putin ölkəsinin nüvə arsenalını gücləndirəcək yeni bir silahın yaxın vaxtlarda təqdim ediləcəyini açıqlayıb.
Mis.az xəbər verir ki, bu barədə Vladimir Putin Düşənbədə keçirilən MDB sammitindən sonra çıxışı zamanı məlumat verib. O bildirib ki, ölkəsi nüvə sahəsində intensiv işlər aparır:
“Bəzi ölkələrin nüvə sınaqları üçün hazırlıq gördüyünü bilirik. Əgər onlar test apararsa, biz də edərik”.
Qeyd edək ki, Putinin bu açıqlamaları 2026-cı ilin fevralında müddəti bitəcək Yeni START müqaviləsi və Rusiya-NATO gərginliyinin artdığı dövrə təsadüf edir.