![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
ABŞ Prezidenti Donald Tramp şəxsən HƏMAS-a İsrailin Qəzzada atəşkəsi pozmayacağına dair söz verib.
Mis.az xəbər verir ki, bu barədə ABŞ mənbələri məlumat yayıb. Xəbərdə deyilir ki, o, verdiyi sözə əməl etmək üçün türk əsgərlərinin də olduğu beynəlxalq qrup yaradılacağını bəyan edib. Bildirilir ki, ABŞ-nin rəhbərlik etdiyi hərbi əməliyyat qrupu yaradılacaq. Əməliyyat qrupuna Türkiyə, Qətər, Misir, Birləşmiş Ərəb Əmirlikləri və İsraildən olan zabitlər daxil olacaq. Türk əsgərlərinin də yer alacağı beynəlxalq qüvvələr Qəzzaya yerləşdiriləcək.
Bildirilir ki, HƏMAS daha əvvəl atəşkəsin zəmanəti olaraq türk əsgərlərinin yerləşdirilməsini istəmiş, lakin İsrail bu tələbi rədd etmişdi.