![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin ABŞ, Qətər və Misirlə birlikdə Qəzza zolağında atəşkəs razılaşmasının icrasına nəzarət edəcəyini açıqlayıb.
Mis.az xəbər verir ki, o bildirib ki, Türkiyə bu ölkələrlə birlikdə vasitəçilik səylərini davam etdirəcək dövlətlərdən ibarət işçi qrupuna qoşulacaq. Hazırda qrupun əvvəlcədən müəyyən edilmiş öhdəlikləri yoxdur.
O əlavə edib ki, müqavilənin icrası zamanı problemlər yaranarsa, qrup praktiki həll yollarını tapmaq üçün müdaxilə edəcək.