![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
"Qalatasaray" Hakan Çalhanoğlu ilə bağlı iddialara reaksiya verib.
Mis.az xəbər verir ki, klubun futbolçunun transferindən imtina etdiyi ifadə edilib. "Sabah" qəzetinin məlumatına görə, “İnter” 30 milyon avro istəyib. Buna görə, də “Qalatasaray” Hakan Çalhanoğlunu transfer siyahısından çıxarıb.
Qeyd edək ki, “Qalatasaray" nümayəndələrinin Hakan Çalhanoğlu ilə Milanda danışıqlar apardığı iddia edilmişdi. Bundan əvvəl də futbolçunun adı “Qalatasaray"la hallanmışdı. Futbolçunun "İnter"lə müqaviləsi 2027-ci ildə yekunlaşır.