![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
ABŞ Prezidenti Donald Tramp Qəzzada sülh razılaşmasının əldə olunmasında iştirak edən vasitəçilərə təşəkkür edib.
Mis.az xəbər verir ki, o, tarixi hadisəni reallaşdırmaq üçün ABŞ ilə işləyən Qətər, Misir və Türkiyəyə təşəkkürünü ifadə edib. Tramp sazişin ərəb və müsəlman dünyası, İsrail, ABŞ və region ölkələri üçün əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, HƏMAS Qəzzada atəşkəs razılaşmasının əldə olunduğu açıqlayıb. HƏMAS Qəzzada müharibənin dayandırılmasını, işğalçıların geri çəkilməsini, yardımların daxil olmasını və əsirlərin mübadiləsini nəzərdə tutan razılaşmanın əldə edildiyini qeyd edib.