![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Fələstin Prezidenti Mahmud Abbas Qəzza danışıqlarında vasitəçilər kimi iştirak edən Misir, Qətər və Türkiyəyə göstərdikləri səylərə görə təşəkkür edib.
Mis.az xəbər verir ki, Abbas Fələstin-İsrail Sülh Alyansının nümayəndə heyətini işğal altında olan İordan çayının qərb sahilində yerləşən Ramallahdakı ofisində qəbul edib. Abbas Qəzzada atəşkəs razılaşmasından məmnunluğunu təkrarlayıb. O, atəşkəsdən sonra İsrail qüvvələrinin Qəzzadan çıxarılmasının və bölgəyə humanitar yardımların daxil olmasının vacibliyini vurğulayıb.
Mahmud Abbas bəyan edib ki, məqsəd azadlığı, təhlükəsizliyi, ədaləti və təhlükəsiz yaşamaq hüququnu təmin etməkdir.