![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Qəzzada atəşkəs tətbiq edilib.
Mis.az xəbər verir ki, bu barədə HƏMAS tərəfi açıqlama verib. Açıqlamada Qəzzada davamlı atəşkəsin başladığı qeyd edilib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Qəzza ilə bağlı 20 bəndlik təklif irəli sürmüşdü. HƏMAS və İsrail tərəfi təklifi qəbul edib. Ardınca tərəflər vasitəçilər vasitəsilə Misirdə danışıqlar həyata keçirib. Misir mətbuatı yazır ki, tərəflər arasında razılaşma imzalanıb və qüvvəyə minib. Razılaşmaya əsasən, İsrail Qəzzaya hücumları dayandırılacaq və İsrail əsgərləri yeni mövqelərinə çəkiləcək. HƏMAS tərəfindən saxlanılan girovlardan 20-yə yaxınının sağ olduğu güman edilir. Bu girovlar azad ediləcək, ölənlərin qalıqları qaytarılacaq. 1700-2000 fələstinli məhbus İsrail həbsxanalarından azad ediləcək. Qəzzaya humanitar yardımlar daxil olacaq.