![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
AFFA İntizam Komitəsinin Misli Premyer Liqasının VII turunun oyunlarında qeydə alınan qayda pozuntuları ilə bağlı qərarları açıqlanıb.
Mis.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb
VII turun "Zirə" – "Neftçi" oyununun 90+7-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Ayron Qomis ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, paytaxt klubu 500 manat cərimələnib. VAR maşını ətrafında təhlükəsizlik tam təmin edilmədiyinə görə isə "Zirə" əlavə olaraq 1000 manat ziyana düşüb.
"Neftçi"də 4 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə olunub. Komandasının azarkeşləri tərəfindən kütləvi iğtişaş törədildiyinə görə "Neftçi" 10000 manat cərimə ödəməli olacaq. Bundan başqa, oyununun 90+5-ci dəqiqəsində "Neftçi"nin məşqçisi Vəfadar Quliyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klubunu 5000 manat ziyana salıb.
"Sumqayıt" – "Turan Tovuz" görüşündə 4 futbolçusu sarı vərəqə aldığı üçün meydan sahibi klub 700 manat cərimə ödəyəcək.
"Qəbələ" – "Şamaxı" oyununda 4 futbolçusu sarı vərəqə alan "Şamaxı" klubuda 700 manat cərimələnib.