![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
ABŞ Prezidenti Donald Trampın Qəzza münaqişəsinin həlli planı hazırda masadakı ən yaxşı variantdır.
Mis.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə açıqlama verib. O bildirib ki, Trampın Qəzza münaqişəsinin həlli planının ərəblər üçün məqbul olması və İsrail tərəfindən rədd edilməməsi baxımından hazırda masada ən yaxşı variantdır.
Qeyd edək ki, Donald Tramp Qəzza münaqişəsinin həlli üçün 20 bəndlik təklif irəli sürüb. HƏMAS təklifə razılıq verib. HƏMAS və İsrail vasitəçilər vasitəsilə Misirdə danışıqlar həyata keçirir.