![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Sabah Bakının Xəzər rayonunun Şağan qəsəbəsinin qaz təchizatında məhdudiyyət olacaq.
Mis.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb:
"Orta təzyiqli qaz kəmərinin dayaqlar üzərinə qaldırılması məqsədilə oktyabrın 9-da saat 10:00-dan işlər tamamlananadək Şağan qəsəbəsini qazla təmin edən orta təzyiqli xəttdə qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Şağan qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq"